Finss.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Sijjarto sosial mediada bildirib ki, Macarıstan ildə 0,4 milyard kubmetr Amerika mayeləşdirilmiş təbii qazı (LNG) almaq üçün beş illik müqavilə imzalayıb.
"Bu gün ildə 400 milyon kubmetr LNG üçün müqavilə imzalamaqla ABŞ-Macarıstan enerji əməkdaşlığında mühüm bir mərhələyə çatdıq. Bu o deməkdir ki, Macarıstana 2 milyard kubmetr Amerika LNG-si çatdırılacaq. Ən aşağı qiymətlər təmin edilə biləcəyi təqdirdə, mümkün qədər çox təchizatçıdan və mümkün qədər çox marşrutla enerji resursları almaqda maraqlıyıq", - deyə o qeyd edib.
Macarıstan hazırda qazının böyük hissəsini - ildə təxminən 8 milyard kubmetrini Rusiyadan alır. Qaz "TurkStream" boru kəməri ilə çatdırılır.
