Finss.az xəbər verir ki, Mozilla şirkətinə yeni baş direktor təyin olunub. Entoni Enzora-DeMeo şirkətin baş direktoru postuna gətirilib. O, son iki ildə müvəqqəti baş direktor vəzifəsində olan Laura Çambersi əvəz edəcək. Çambers isə Mozilla-nın direktorlar şurasında qalacaq.
Əvvəllər Firefox bölməsinə rəhbərlik edən Enzora-DeMeo yeni vəzifəsində şirkətin ümumi idarəçiliyini həyata keçirəcək. Firefox bölməsinə isə Ajit Varma rəhbərlik edəcək. Bu dəyişiklik texnologiya dünyasında Mozilla şirkətinin rəhbərlik strukturunda əhəmiyyətli yenilik hesab olunur.
