Finss.az xəbər verir ki, qlobal enerji bazarlarında qiymətlərin enməsi fonunda Brent markalı xam neftin qiyməti 5 may 2025-ci ildən bəri ilk dəfə barel üçün 60 dollardan aşağı düşüb.
Moskva vaxtı ilə saat 11:24-ə olan məlumata görə, Londonun ICE Futures birjasında fevral ayı üçün Brent fyuçersləri 0,65 dollar və ya 1,07% azalaraq barel üçün 59,91 dollar səviyyəsinə enib. Gün ərzində Brent neftinin minimum qiyməti 59,9 dollar olub.
Eyni zamanda, NYMEX birjasında yanvar ayı üçün WTI markalı xam neftin fyuçersləri 0,65 dollar və ya 1,14% ucuzlaşaraq barel üçün 56,17 dollar təşkil edib.
Analitiklərin fikrincə, neft bazarında yaranmış böyük profisit, eləcə də Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı gözləntilər neft qiymətlərinə aşağı yönlü təzyiq göstərən əsas amillər sırasındadır. Mövcud tendensiya enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyini göstərir.
