DÜNYA

15 Dekabr

Mis Bazarı üzrə Yeni Proqnoz

Finss.az xəbər verir ki, Norilsk Nikel şirkəti metal bazarı icmalına əsasən iyul ayı üçün mis bazarı qiymətləndirməsini təsdiqləyib. Qiymətləndirməyə görə, qlobal mis bazarında tarazlıq ehtimalı ön plana çıxır.

Məlumata əsasən, mis bazarında təklif bu il 3% artaraq 27,7 milyon tona, tələb isə 4% artaraq 27,6 milyon tona çatacaq. Bu göstəricilər bazarda kiçik həcmli profisit formalaşdırır.

Şirkətin proqnozuna görə, 2026-cı ildə həm təklif, həm də tələb artmağa davam edəcək. Belə ki, mis təklifinin təxminən 28,3 milyon tona (2% artım), tələbin isə 28,4 milyon tona (3% artım) yüksələcəyi gözlənilir.

Norilsk Nikel-in qiymətləndirməsində qeyd olunur ki, nəticə etibarilə mis bazarı yenidən kəsirə keçəcək, bu da bazarın fundamental göstəricilərinin tədricən sərtləşməsinə səbəb olacaq.