Finss.az xəbər verir ki, Oracle Corp şirkətinin təsisçisi Larri Ellison bir gündə sərvətində 24,9 milyard dollar itirib. Bu, şirkətin səhmlərinin rekord səviyyədə düşməsi nəticəsində baş verib.
Bloomberg-in məlumatına görə, Ellisonun sərvəti hazırda 202,8 milyard dollar olaraq qiymətləndirilir. Səhmlərin bu kəskin düşüşü texnologiya sektorunda rekord sərvət itkilərindən biri kimi qiymətləndirilir və investorlar arasında narahatlıq yaradıb.
Mütəxəssislər bildirir ki, Oracle Corp-un bazar dəyərindəki dəyişikliklər şirkətin təsisçisinin şəxsi sərvətinə birbaşa təsir göstərir. Bu hadisə texnologiya milyarderlərinin sərvətində sürətli dəyişikliklərin mümkün olduğunu bir daha göstərdi.
