DÜNYA

09 Dekabr

OECD inflyasiya hesabatı

Finss.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 37 ölkədən 13-də oktyabr ayında istehlak qiymətlərinin artımı yavaşlayıb. Təşkilatın aylıq hesabatına əsasən, oktyabr ayı ərzində 10 ölkədə inflyasiya sürətlənib, 14 ölkədə isə qiymət artımı sabit qalıb.

Hesabatda qeyd olunur ki, ABŞ-dan statistik məlumatların təqdim olunmaması səbəbindən OECD, G7 və ya G20 üzrə konsolidasiya olunmuş inflyasiya göstəriciləri yayımlanmayıb. ABŞ-da dövlət qurumlarının bağlanması nəticəsində ölkənin statistik agentlikləri təxminən bir ay yarım fəaliyyət göstərmədiyi üçün müvafiq makroiqtisadi məlumatlar dərc olunmayıb.

Mütəxəssislər bildirirlər ki, ABŞ məlumatlarının olmaması qlobal inflyasiya mənzərəsinin tam analizini çətinləşdirir, lakin OECD ölkələrinin böyük hissəsində inflyasiya təzyiqlərinin hələ də dəyişkən olaraq qaldığını göstərir.