DÜNYA

09 Dekabr

Media Nəhəngləri Qarşı-qarşıya

Finss.az xəbər verir ki, Paramount Skydance Corp. Warner Bros. Discovery (WBD) səhmdarlarına hər səhm üçün 30 dollardan tender təklifi verib. Şirkət bildirib ki, bu təkliflə o, WBD-nin tam nəzarətini ələ keçirmək niyyətindədir.

Paramount-un planına CNN, TNT Sports, Discovery kimi dünya miqyasında tanınan əyləncə, idman və xəbər kanallarının daxil olduğu Qlobal Şəbəkələr seqmenti də daxildir. Şirkət WBD-nin bütün aktivlərini satın almağa hazır olduğunu vurğulayıb.

Şirkətin açıqlamasına görə, təqdim olunan tender Netflix-in WBD üçün verdiyi təklifi 18 milyard dollar üstələyir. Paramount əlavə edib ki, əgər razılaşma baş tutarsa, bütün əməliyyat tamamilə nağd şəkildə ödəniləcək.

Bu addım media və əyləncə sənayesində yeni güc balansı yarada, həmçinin qlobal bazarda rəqabəti daha da artıracaq.