Finss.az xəbər verir ki, beynəlxalq reytinq agentliyi Fitch Ratings dekabr ayı üçün açıqladığı Qlobal İqtisadi Perspektiv (GEO) hesabatında 2025-ci il üzrə qlobal ÜDM artım proqnozunu yeniləyib. Belə ki, əvvəlki – sentyabr ayı proqnozunda nəzərdə tutulan 2,4% artım rəqəmi 2,5%-ə qaldırılıb.
Agentliyin qiymətləndirməsinə görə, qlobal iqtisadi artımın 2026-cı ildə bir qədər zəifləyərək 2,4% səviyyəsinə enəcəyi gözlənilir. Bu göstərici də əvvəlki proqnozla müqayisədə (2,3%) cüzi artımla tənzimlənib.
Fitch Ratings bildirib ki, 2024-cü ildə qlobal ÜDM 2,9% artım nümayiş etdirib və bu dinamikanın davam etməsində bir sıra amillər mühüm rol oynayıb. Hesabata əsasən, İT investisiyalarında artım, həmçinin fond bazarlarında müşahidə olunan yüksəliş nəticəsində sərvətin çoxalması, artan idxal rüsumlarının dünya iqtisadiyyatına mənfi təsirini əhəmiyyətli dərəcədə kompensasiya edir.
Analitiklər vurğulayıblar ki, texnologiya sektorundakı genişlənmə və maliyyə bazarlarının möhkəm performansı 2025-ci il üçün iqtisadiyişimin əsas sürücüləri olacaq.
