DÜNYA

01 Dekabr

Visa stabilkoinlər vasitəsilə ödənişləri sürətləndirmək üçün Aquanow ilə əməkdaşlıq edir

Rəqəmsal ödənişlər sahəsində qlobal lider olan Visa (NYSE: V) şirkəti bu gün likvidlik və infrastruktur həlləri üzrə qlobal rəqəmsal aktivlər platforması eksperti olan Aquanow ilə tərəfdaşlıq yolu ilə Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionunda stabilkoin ödəniş imkanlarını genişləndirdiyini elan etdi.

Finss.az xəbər verir ki, Aquanow-nun rəqəmsal aktiv infrastrukturunun Visa-nın dünya səviyyəli texnologiya dəsti ilə inteqrasiyası, Visa-nın emitent və alıcı şəbəkəsinin USDC kimi təsdiq edilmiş stabilkoinlər vasitəsilə əməliyyatlar aparmasına imkan verəcək, bununla da xərcləri, əməliyyat çətinlikləri və hesablaşma müddətlərini azaldacaq.

Maliyyə institutları arasında daha sürətli və daha səmərəli transsərhəd əməliyyatlara olan yüksək tələbat olduğundan, Visa şirkəti 365 günlük hesablaşmanı dəstəkləməklə pul vəsaitlərinin hərəkətinin "backend"ini rəqəmsallaşdırmaq üçün stabilkoinlərdən istifadə edir.

2023-cü ildə Visa şirkəti müştərilərinə USDC-də hesablaşma öhdəliklərini yerinə yetirməyə imkan verən pilot layihə həyata keçirməklə əməliyyatları stabilkoinlə həyata keçirən ilk böyük ödəniş şəbəkələrindən biri oldu. Bu günə qədər aylıq satış həcmi illik 2,5 milyard ABŞ dollarlıq həddi keçib.

"Stabilkoinlərin gücündən istifadə etməklə və onları etibarlı qlobal texnologiyamızla birləşdirməklə CEMEA regionundakı maliyyə institutlarına daha sürətli və daha sadə hesablaşmalar həyata keçirməyə imkan veririk," - deyə Visa-nın CEMEA regionu üzrə Baş vitse-prezidenti, Məhsullar və Həllər Departamentinin rəhbəri Qodfri Sallivan bildirib.

"Aquanow ilə tərəfdaşlığımız ödənişlərin "backend" infrastrukturunun modernləşdirilməsində, çoxsaylı vasitəçiləri olan ənənəvi sistemlərdən asılılığın azaldılmasında və maliyyə institutlarını pul vəsaitlərinin hərəkətinin gələcəyinə hazırlamaq istiqamətində atılan daha bir mühüm addımdır."

"Visa-nın etibarlı qlobal şəbəkəsi uzun müddətdir ki, pul vəsaitlərinin təhlükəsiz və səmərəli hərəkətini təmin etmişdir. Visa və Aquanow birlikdə maliyyə institutlarının rəqəmsal iqtisadiyyatda iştirakı üçün yeni imkanlar açır, sürətli və şəffaf internet üzərindən ödəniş etmək üçün stabilkoin texnologiyasından istifadə edirlər" - deyə, Aquanow şirkətinin Baş icraçı direktoru Fil Şam bildirib.

Visa haqqında

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridirdünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir.

Aquanow haqqında

Aquanow sürətlə böyüyən banklar, neobanklar, broker şirkətləri və ödəniş şirkətlərinə dəstək verən, likvidlik və infrastruktur sahəsində dərin təcrübəyə malik qlobal institusional rəqəmsal aktiv platformasıdır. Şirkət texnoloji infrastrukturu idarə edir və hər ay milyardlarla ABŞ dolları dəyərində kripto broker və ödəniş əməliyyatlarını maliyyələşdirir.

2018-ci ildə qurulan Aquanow-nun dünya üzrə ofislərində 170-dən çox işçisi var. Aquanow 2024-cü ildə, ardıcıl ikinci il "Deloitte Technology Fast 500" siyahısında yer almış və 4 illik gəlir artımı 3022% səviyyəsinə çatmışdır.

Aquanow BƏƏ-də Dubay Dünya Ticarət Mərkəzində yerləşən və L-2795 lisenziya nömrəsi altında fəaliyyət göstərən və Dubayın Virtual Aktivlərin Tənzimlənməsi Orqanı tərəfindən tənzimlənən "Aquanow ME FZE" vasitəsilə fəaliyyət göstərir.