DÜNYA

01 Dekabr

Qazaxıstan OPEC+ üzrə ən böyük kompensasiya öhdəliyini üzərinə götürdü

Finss.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqlamasına əsasən, noyabr ayından iyun ayına qədər dörd OPEC+ ölkəsi gündəlik ümumilikdə təxminən 4,6 milyon barel artıq hasilatı kompensasiya etməlidir.

Açıqlamaya görə, bu həcmin ən böyük hissəsi – 3,357 milyon barelQazaxıstan tərəfindən təmin olunacaq. Bununla yanaşı, növbəti səkkiz ay ərzində İraq gündəlik 947 min barel, Birləşmiş Ərəb Əmirlikləri 244 min barel, Oman isə 41 min barel nefti kompensasiya etməli olacaq.

Sözügedən yenilənmiş kompensasiya planı, 2 noyabr tarixində keçirilmiş virtual görüş zamanı qəbul edilib. Görüşdə Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt və Əlcəzair də daxil olmaqla səkkiz ölkə tərəfindən əlavə könüllü hasilat düzəlişləri üzrə razılıq əldə olunub.

Bu qərar qlobal neft bazarının tənzimlənməsi, balansın qorunması və artıq hasilatın qarşısının alınması məqsədi daşıyır.