DÜNYA

01 Dekabr

Aeroflot-un gəlir artımı yavaşıyır

Finss.az xəbər verir ki, Aeroflot Qrupunun 2025-ci ilin 3-cü rübü üzrə düzəliş edilmiş mənfəəti illik müqayisədə 6,2% azalaraq 20,2 milyard rubl təşkil edib.

Şirkətin gəlirləri artmağa davam etsə də, artım tempi ilin əvvəlki rübləri ilə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. Belə ki, 3-cü rübdə gəlir artımı cəmi 0,9% olub və mütləq ifadədə 261,7 milyard rubla çatıb. Bu göstərici Interfaksın konsensus proqnozu ilə müqayisədə zəifdir — analitiklər 1,5% artım və 263,2 milyard rubl gəlir gözləyirdilər.

Qrupun cari ildə əvvəlki rüblərdəki performansı daha güclü idi:

  • 2-ci rübdə IFRS gəlir artımı 10,3% (224,5 milyard rubl),

  • 1-ci rübdə isə 9,6% (190,2 milyard rubl) təşkil etmişdi.

Maliyyə sabitliyinin mühüm göstəricisi olan xalis borcda isə müsbət dinamika müşahidə olunub. 2025-ci ilin sentyabr ayının sonuna Aeroflot Qrupunun xalis borcu 11,1% azalaraq 531,8 milyard rubla enib.

Aviasiya sektorunda davam edən dəyişikliklər fonunda Aeroflot-un nəticələri həm səmərəlilik tədbirlərini, həm də bazar çətinliklərini əks etdirir.