Finss.az xəbər verir ki, Google-ın həmtəsisçisi Sergey Brin xeyriyyə təşkilatlarına 1,1 milyard dollardan çox dəyərində Alphabet Inc. səhmləri bağışlayıb.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, Brin ötən həftə müxtəlif xeyriyyə fondlarına ümumilikdə 3,5 milyonadək Alphabet səhmı hədiyyə edib. Bu bağış onun son illərdə həyata keçirdiyi ən böyük filantropiya addımlarından biri kimi qiymətləndirilir.
Texnoloji milyarderin səhm bağışının hansı fondlara yönəldildiyi açıqlanmasa da, ekspertlər bunun sosial layihələr, elm, təhsil və səhiyyə sahələrindəki təşəbbüslərə töhfə verə biləcəyini bildirirlər.
