Finss.az xəbər verir ki, Mərkəzi Bankın mətbuat xidmətindən İnterfaks agentliyinə verilən məlumata görə, Rusiya Mərkəzi Bankı Hindistanda nümayəndəlik açmağı planlaşdırır.
"Rusiya Bankı Mumbayda nümayəndəlik açmaq üzərində işləyir. Bu, iki ölkənin tənzimləyiciləri arasında əməkdaşlığı gücləndirəcək, eləcə də maliyyə əməkdaşlığını inkişaf etdirəcək və ticarət-iqtisadi əlaqələri genişləndirəcək", - deyə Mərkəzi Bank bildirib.
Mərkəzi Bankın mərkəzi ofisinin təşkilati sxeminə əsasən, nümayəndəliyə Rusiya Bankının sədrinin birinci müavini, hazırda Mərkəzi Bankın Çindəki nümayəndəliyinə də nəzarət edən Vladimir Çistyuxin rəhbərlik edəcək.
Hindistanda bir neçə Rusiya bankı və maliyyə qurumu fəaliyyət göstərir: Sberbank və VTB filialları vasitəsilə, Qazprombank və VEB.RF isə nümayəndəlikləri vasitəsilə.
