Finss.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatlı mənbələrinə görə, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Arabian Oil Co. (Saudi Aramco) milyardlarla dollar dəyərində aktivlərini satmağı düşünür.
Xüsusilə şirkət neft ixrac terminalındakı və neft saxlama müəssisəsindəki payını satmağı planlaya bilər. Mənbələr bildirir ki, investisiya bankları 10 milyard dollardan çox dəyərində potensial aktivlərin hərtərəfli qiymətləndirilməsi üçün tenderdə iştirak etməyə dəvət olunub. Bu addım qlobal enerji bazarında maraqla izlənilir.
