DÜNYA

20 Noyabr

Ulduzlararası kometa 3I/ATLAS Günəş sistemində müşahidə edildi

Finss.az xəbər verir ki, NASA-nın Administrator müavini Amit Kşatriya brifinqdə bildirib ki, ulduzlararası obyekt 3I/ATLAS Günəş sistemimizə başqa bir mühitdən gələn kometadan başqa bir şey deyil.

"Bu obyekt kometadır. Kometa kimi görünür və davranır, bütün dəlillər onun kometa olduğunu göstərir, lakin o, Günəş sistemimizə Günəş sisteminin xaricindən gəlib", - deyə Kşatriya bildirib və əlavə edib ki, son zamanlar onun kimliyi ilə bağlı xeyli fərziyyələr var.

Brifinqdə kometanın əvvəllər dərc olunmamış görüntüləri, o cümlədən Mars ətrafında orbitdə işləyən pilotsuz planetlərarası kosmik gəmi olan American Mars Reconnaissance Orbiter-dəki HiRISE kamerasından çəkilmiş görüntülər nümayiş etdirilib.