DÜNYA

12 Noyabr

Türkiyə Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnoz açıqladı

Finss.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı (TCMB) ölkədə artan ərzaq qiymətlərigeosiyasi gərginliyin təsirini əsas gətirərək 2025-ci ilin sonuna qədər inflyasiya proqnozunu əvvəlki 25-29% aralığından 31-33%-ə qaldırıb.

Mərkəzi Bankın rüblük hesabatında bildirilir ki, 2025-ci il üçün proqnoz yenilənsə də, inflyasiyanın azaldılması məqsədi saxlanılır və 2026-cı ilin sonuna qədər inflyasiyanın 16%-ə qədər yavaşladılması planlaşdırılır.

Mərkəzi Bankın sədri Fatih Karahan açıqlamasında qeyd edib ki, qiymət sabitliyinin bərpasıinflyasiya ilə mübarizə bankın əsas prioritetlərindən biridir:

“Biz 2025-ci ildə inflyasiyanı tədricən aşağı salaraq 2026-cı ilin sonuna qədər 16%-ə endirməyi hədəfləyirik.”

Mərkəzi Bankın hesabatında həmçinin ərzaq qiymətlərindəki dəyişikliklər, enerji bazarındakı qeyri-sabitlikbeynəlxalq gərginliklər inflyasiya riskləri kimi göstərilib.