Finss.az - ABŞ-da hökumət bağlanması 36-cı günə çatdı və yeni rekord qeydə alındı
Finss.az xəbər verir ki, ABŞ-da hökumət bağlanması ardıcıl 36-cı günə qədəm qoyaraq ölkə tarixində ən uzun bağlanma rekordu qırıb.
Konqres, federal agentliklərin maliyyələşdirilməsini uzatmaq üçün qanun layihəsi üzərində razılığa gələ bilmədikdən sonra, 1 oktyabrda dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Qanun layihəsi Nümayəndələr Palatası tərəfindən təsdiqlənsə də, Respublikaçılar Senatda kifayət qədər səs toplaya bilməyiblər, Demokratlar isə bu razılaşmanı Əlverişli Qayğı Qanunu çərçivəsində səhiyyə subsidiyalarının artırılması ilə şərtləndiriblər.
Ən uzun müddətli bağlanma üzrə əvvəlki rekord 35 gün idi və bu, Donald Trampın 2019-cu ildəki prezidentliyi dövründə baş vermişdi. Hazırkı qarşıdurma isə artıq bu göstəricini keçib.
Bloomberg-in məlumatına görə, hazırda tətbiq edilən büdcə manevrləri – yəni hərbi xərclərin ödənilməsi və ərzaq yardımının qismən maliyyələşdirilməsi – noyabr ayının sonuna qədər davam edə bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, bağlanma uzandıqca, ABŞ iqtisadiyyatına təsir daha da güclənəcək.
