Finss.az - ABŞ-da ikinci rübün əmək statistikası açıqlanıb
ABŞ Əmək Departamentinin ilkin hesabatına əsasən, 2025-ci ilin aprel-iyun aylarında əmək məhsuldarlığında 2,4%-lik artım qeydə alınıb. Paralel olaraq əmək xərclərində isə 1,6% yüksəliş müşahidə olunub.
"Trading Economics"in məlumatına görə, iqtisadçılar bu göstəricilərin müvafiq olaraq 2% və 1,5% olacağını proqnozlaşdırırdılar. Beləliklə, faktiki nəticələr analitik gözləntiləri üstələyib.
Birinci rüb yenidən dəyərləndirildi
Departamentin yenilənmiş statistikalarında 2025-ci ilin birinci rübündə əmək məhsuldarlığının 1,8% azaldığı göstərilir. Bu, əvvəlki 1,5%-lik azalma qiymətləndirməsindən daha kəskin düşüş deməkdir. Eyni zamanda, əmək xərclərində əvvəlki hesabatda qeyd edilən 6,6% artım əvəzinə, 6,9% artım qeydə alınıb.
İstehsal, iş saatları və saatlıq əmək haqqı
2025-ci ilin ikinci rübündə ABŞ iqtisadiyyatında istehsal və xidmət sahələrinin ümumi məhsuldarlığı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7% artıb. İşlənmiş saatların sayı isə 1,3% yüksəlib. Saatlıq əməkhaqqı göstəriciləri də diqqət çəkir – amerikalıların saatlıq əmək haqqısı 4% artaraq inflyasiya ilə mübarizədə müəyyən müsbət siqnallar verir.
İllik göstəricilər də yüksəlib
İkinci rüb üzrə əmək məhsuldarlığının artımı illik ifadədə 1,3% təşkil edib. Əmək xərcləri isə illik əsasda 2,6% artıb. Bu dinamika ABŞ əmək bazarının sabitləşdiyini və iqtisadi fəaliyyətin tədricən canlandığını göstərir.