DÜNYA

05 Avqust

Türkiyənin iyul ayı ixracı 25 milyard dolları ötərək yeni rekord vurub

2024-cü ilin iyul ayında Türkiyə tarixində ilk dəfə olaraq 25 milyard dollarlıq ixrac həcminə çataraq yeni rekorda imza atıb.

Finss.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat “Türkiyə İxrac Səfərbərliyi Proqramı” çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, iyul ayı üzrə 25 milyard dollarlıq ixrac ölkənin tarixində ən yüksək aylıq göstəricidir:

“Son 12 ay ərzində ən yüksək aylıq artım faizi qeydə alınıb. İyul ayında ilk dəfə olaraq əlavə 2,5 milyard dollarlıq ixrac əldə etmişik. Ötən il bu rəqəm 22,5 milyard dollar təşkil edirdi. Beləliklə, illik ixracımız 266,9 milyard dollardan 269,4 milyard dollara yüksəlib. Bu sürətin davam etməsi bizim əsas arzumuzdur”.

Bolat həmçinin bildirib ki, illik ixrac artımı 3,1 faiz təşkil edir. Yeddi aylıq statistikaya əsaslanaraq əlavə edib:

“Bu dövrdə ixrac 5,2 faiz artıb ki, bu da dünya ortalamasından yüksəkdir”.