Finss.az - ABŞ-da Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin istefası barədə yayılan söz-söhbətlər maliyyə ekspertləri tərəfindən tənqid olunub.
Bank of America və JPMorgan Chase-in rəhbərləri FES-in müstəqilliyinin qorunmasının vacibliyini vurğulayaraq, siyasi müdaxilənin inflyasiya və faiz dərəcələrinin yüksəlməsinə səbəb ola biləcəyini bildiriblər.
Evercore-un təsisçisi Rodcer Altman isə belə addımın hüquqi çətinliklərlə üzləşəcəyini qeyd edib.
Goldman Sachs-ın CEO-su Devid Solomon faizlərin azaldılması perspektivinin qeyri-müəyyən olduğunu, Deutsche Bank isə Pauellin istefasının bazarlarda kəskin narahatlıq yaradacağını bildirib.