Finss.az - Rusiya dövlət bankı VEB.RF-nin baş iqtisadçısı Andrey Klepaç dolların 100 rubla qədər bahalaşa biləcəyi ehtimalını şübhəli hesab edir.
TASS agentliyinə verdiyi açıqlamada ekspert dollar məzənnəsinin ilin sonuna qədər 85-86 rubl arasında dəyişəcəyini proqnozlaşdırıb.
Klepaç vurğulayıb ki, dolların kəskin bahalaşması ixracatçılar üçün əlverişli olsa da, bu ssenarinin reallaşması real görünmür. O, bazarda digər amillərin də mühüm rol oynadığını bildirib.
Əvvəlki açıqlamasında iqtisadçı Yevgeni Sivkov isə rublun məzənnəsinə pul kütləsinin təsir etdiyini və müəyyən şərtlər daxilində rublun dəyərinin düşə biləcəyini qeyd edib. Həmçinin, o, İT mütəxəssislərinin ölkədən kütləvi çıxışının da rublun vəziyyətinə mənfi təsir göstərə biləcəyini əlavə edib.