Finss.az - İsrail ordusunun Livanın Tripoli şəhərində həyata keçirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın yüksək vəzifəli üzvü hədəfə alınıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, əl-İruniya bölgəsində baş verən hadisə zamanı azı 2 nəfər həyatını itirib, daha 3 nəfər yaralanıb.
Zərbə HƏMAS nümayəndəsinin minik avtomobilinə endirilib. Yaralananlar arasında mülki şəxslərin də olduğu bildirilir. Hücum regionda gərginliyin artdığı bir dövrə təsadüf edir və bunun Livanla İsrail arasında eskalasiyanı sürətləndirə biləcəyi ehtimal edilir.