Finss.az - Polşa Mərkəzi Bankı inflyasiyanın 2026-cı ilin birinci rübündə hədəf intervala davamlı şəkildə qayıdacağını açıqlayıb.
Bu isə əvvəlki proqnozlarla müqayisədə daha erkən tarixdir.
Bankın iyul ayı proqnozlarına əsasən, 2025-ci ilin üçüncü rübündə inflyasiya 2,9%-ə çatacaq, ilin sonunda isə 3,6%-ə yüksələcək. 2026-cı ilin birinci rübündə isə göstərici 3,5%-ə enərək bankın inflyasiya hədəfinin yuxarı həddinə uyğunlaşacaq.
Uzunmüddətli proqnozlara əsasən, inflyasiya tempi tədricən azalacaq və 2027-ci ilin dördüncü rübündə 2,1%-ə qədər enəcək.
Mərkəzi Bankın hesabatında qeyd olunub ki, 2026–2027-ci illərdə əməkhaqqı artımının zəifləməsi qiymət artımına təsir göstərəcək. Lakin bu təsirin bazar mexanizmləri səbəbilə gecikmiş formada müşahidə olunacağı vurğulanıb.