DÜNYA

30 İyun

Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunur

Finss.azFransada yeni qanunvericiliyə əsasən, ictimai yerlərdə siqaret çəkmək qadağan edilir. Qadağa parklar, çimərliklər, avtobuslar, məktəb binalarının qarşısı, kitabxanalar və idman meydançaları kimi məkanları əhatə edir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, bu addım xüsusilə uşaqları passiv siqaret tüstüsünün zərərli təsirlərindən qorumağa yönəlib.

“Hədəfimiz aydındır – tütünsüz nəsil formalaşdırmaq. Bu, gənclərin qorunması və asılılıqların qarşısının alınması üçün mühüm addımdır”, – deyə əmək və səhiyyə naziri Katrin Votren vurğulayıb.