Finss.az - Kanada hökuməti ölkədə fəaliyyət göstərən beynəlxalq rəqəmsal platformalara tətbiq olunan 3 faizlik vergini ləğv edib.
Qərar ABŞ-la ticarət danışıqlarının bərpasına yol açıb.
Baş nazir Mark Karni bildirib ki, verginin ləğvindən sonra Ottava və Vaşinqton arasında danışıqlar yenidən başlayacaq. Qərar “Amazon”, “Google”, “Alphabet”, “Uber” və “Airbnb” kimi ABŞ nəhənglərinə aiddir.
Xatırladaq ki, sabiq prezident Donald Tramp bu vergi səbəbindən Kanada ilə ticarət danışıqlarının dayandırıldığını bildirmişdi və vergilər ləğv olunmayacağı təqdirdə heç bir razılaşmanın mümkün olmayacağını bəyan etmişdi.