Finss.az - ABŞ-n kosmik şirkət SpaceX 7 martda baş vermiş Starship nəqliyyat sisteminin qəzasının səbəblərini açıqlayıb.
Şirkətin verdiyi məlumata görə, ikinci mərhələnin Super Heavy raketindən ayrılması zamanı Raptor mühərriklərindən birində partlayış olub. Bu, yanğına səbəb olaraq digər mühərriklərin dayanmasına gətirib çıxarıb və nəticədə mühəndislər gəmi üzərində idarəni itirərək, aparatın məhv edilməsinə qərar veriblər.
SpaceX mühərriklərdə və yanacaq sistemində dəyişikliklər edərək oxşar hadisələrin qarşısını almağa çalışır. Qeyd edək ki, şirkət ABŞ Federal Mülki Aviasiya İdarəsindən (FAA) doqquzuncu sınaq uçuşu üçün icazə alıb. Uçuş 28 mayda həyata keçiriləcək.