Finss.az - Son illərdə ABŞ, Avstraliya və Böyük Britaniya iqlim öhdəliklərindən tədricən geri çəkildiyi halda, Çin karbon dioksid (CO2) tullantılarının azaldılmasında ciddi irəliləyişlər əldə edib.
Çin Xalq Respublikasının 2024-cü ilin eyni dövrü ilə müqayisədə CO2 tullantıları ölkə üzrə 1,6% azalıb.
Böyük Britaniyanın “Carbon Brief” nəşri bu azalmaya külək, günəş və nüvə enerjisinin geniş tətbiqini əsas səbəb kimi göstərir. Bu enerji mənbələri kömürdən asılılığı azaldaraq, ətraf mühitə təsiri minimuma endirib. Maraqlıdır ki, CO2 tullantılarının azalması ölkədə enerji tələbatının ümumi artımına baxmayaraq reallaşıb.
Əvvəllər Çində zərərli tullantıların azalması ümumi enerji istehlakının azaldılması ilə bağlı olsa da, indi ölkə “yaşıl” enerji strategiyası ilə bu azalmaya birbaşa təsir göstərə bilib. Bu, Çin üçün böyük bir uğurdur.
Çin 2021-ci ildən başlayan 14-cü beşillik milli plan çərçivəsində “yaşıl” energetikaya böyük sərmayələr qoyub. Ekspertlərin proqnozlarına görə, 2030-cu ilə qədər Çin bərpa olunan enerji mənbələrindən dünya elektrik enerjisinin yarıdan çoxunu istehsal edə biləcək.