Finss.az - Tayland hökuməti dövlət büdcəsini artırmaq məqsədilə investisiya tokeninin buraxılmasını elan edib.
Çunxavajjira bildirib ki, bu təşəbbüs Tayland Mərkəzi Bankının tələblərinə tam uyğundur. Aktivin investorlar üçün yaxın gələcəkdə təklif olunacağı gözlənilir.
Çunxavajjira, bu tokenin borc öhdəliyi sayılmayacağını və sahiblərinə ölkədəki bank depozitlərinin faiz dərəcəsindən daha yüksək gəlir əldə etməyə imkan verəcəyini vurğulayıb. Toplanacaq vəsaitlər büdcə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.
Hazırda Taylandda depozitlər üzrə orta faiz dərəcəsi illik 1,25-1,5% arasında dəyişir ki, bu da Mərkəzi Bankın əsas faiz dərəcəsi olan 1,75%-dən aşağıdır.
Qeyd edək ki, əvvəllər Taylandın Səhmdar və Birja Komissiyası (SEC) ABŞ-ın Tether şirkətinin USDT stabilkoinini Taylandın yerli birjalarında siyahıya alınması və ödəniş vasitəsi olaraq istifadə oluna bilən kriptovalyuta olaraq tanıyıb.