2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 12 milyon 635 min 489 dollar təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirliyin açıqlamasına əsasən, 2025-ci ilin aprel ayında ölkənin avtomobil ixracı 3 milyon 145 min 722 dollar olub. Bu göstərici ötən ilin mart ayı ilə müqayisədə 14,8 faiz çoxdur.
Məlumata görə, son 12 ay ərzində (aprel 2024–aprel 2025) Türkiyə ümumilikdə 37 milyon 970 min 141 dollar dəyərində avtomobil ixrac edib.