Finss.az - Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırladığı 17-ci sanksiya paketi çərçivəsində üçüncü ölkələrdən olan bir sıra şirkətlərə qarşı yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Financial Timesın məlumatına görə, bu şirkətlər sırasında Türkiyə, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Serbiya və Özbəkistandan olan hüquqi şəxslər yer alır.
Mənbələrin bildirdiyinə görə, təxminən onadək şirkətə sanksiya tətbiq edilə bilər. Qeyd olunur ki, Vyetnam şirkətlərinin Aİ sanksiyalar siyahısına daxil edilməsi ilk dəfə baş verir.
Yeni paket, həmçinin Rusiyaya ikili təyinatlı, o cümlədən bəzi kimyəvi maddələrin ixracına qadağaların tətbiqini də nəzərdə tutur.
Bloomberg daha əvvəl xəbər vermişdi ki, Avropa Komissiyası 17-ci paket çərçivəsində 60 fiziki və hüquqi şəxsə, eləcə də 150-yə yaxın gəmiyə qarşı sanksiyaların tətbiqini təklif edib.
Xatırladaq ki, Aİ-də sanksiyaların qəbul olunması üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunur və bu sanksiyalar hər altı aydan bir uzadılmalıdır.