Finss.az - Almaniyanın iqtisadiyyatı 2025-ci ilin birinci rübündə əvvəlki üç ay ilə müqayisədə 0.2% artıb.
Bu barədə ölkənin Federal Statistika Agentliyi “Destatis” məlumat yayıb. İllik müqayisədə isə Almaniyanın Ümumi Daxili Məhsulu (ÜDM) 0.2% azalıb.
Hər iki göstəricinin dinamikası analitiklərin proqnozları ilə üst-üstə düşüb. “Destatis” yanvar-mart aylarında əvvəlki rüblə müqayisədə həm istehlak xərclərində, həm də əsas kapitala yatırımlarda artım müşahidə olunduğunu qeyd edib.
Qeyd edək ki, ötən ilin dördüncü rübündə Almaniyanın ÜDM-i həm illik, həm də rüblük müqayisədə 0.2% azalmışdı. Almaniyanın birinci rüb üzrə ÜDM-nin yekun nəticələri “Destatis” tərəfindən 23 may tarixində açıqlanacaq.