Finss.az - 2025-ci ilin mart ayında ABŞ-da qısa müddətli inflyasiya gözləntiləri 0,5 bənd artaraq 3,6%-ə yüksəlib.
Bu barədə ABŞ-ın Mərkəzi Bankı (FED) Nyu-York Şöbəsinin 2025-ci ilin mart dövrünə aid istehlakçı gözləntiləri sorğusunun nəticələri məlumat verib.
1300-ə yaxın ev təsərrüfatı arasında keçirilən sorğunun nəticələrinə görə, növbəti 12 ay üçün gözlənilən inflyasiya mediyanı əvvəlki ayda 3,1%-dən 3,6%-ə yüksəlib. Eyni zamanda, növbəti 3 il üçün inflyasiya gözləntilərinin mediyanı dəyişməyərək 3%-də qalıb, 5 illik dövr üçün isə 3%-dən 2,9%-ə enib.
İşsizlik, iş itkisi və gəlir artışı gözləntilərində pisləşmə müşahidə olunub. Eyni zamanda, ev təsərrüfatlarının gəlirlərinin artması ilə bağlı gözləntilər 0,3 bənd azalıb, 2,8%-ə düşüb.
Sorğunun nəticələrinə görə, qida məhsullarına olan qiymət artışı 2024-cü ilin mayından bəri ən yüksək səviyyəyə çatıb — 5,2%. Həmçinin, səhiyyə xidmətlərinin qiyməti 7,9%, kirayə haqqı isə 7,2% artması gözlənilir. Bu dövr ərzində benzinin qiyməti 3,2%, universitet təhsili isə 6,7% ucuzlaşması gözlənilir.
Bundan əlavə, ABŞ-da işsizliklə bağlı gözləntilər pisləşib: ABŞ-da işsizlik səviyyəsinin bir il sonra artacağına dair orta proqnoz 44% olub ki, bu da aprel 2020-dən bəri ən yüksək göstəricidir.
Xatırladaq ki, 2025-ci ilin mart ayında istehlakçı qiymətləri indeksi (İQİ) əvvəlki ayla müqayisədə 0,1% azalsa da, illik müqayisədə 2,4% artıb, bu da gözləntilərdən aşağı olub.