DÜNYA

08 Aprel

Vyetnam güzəşt axtarır

Finss.az - Vyetnam ABŞ-dan idxalı artırmağa hazır olduğunu bəyan edib və Vaşinqtondan rüsumların artırılması qərarının 45 gün təxirə salınmasını xahiş edib.

Bu barədə EFE agentliyi Vyetnamın Baş naziri Pham Minh Chinhin açıqlamasına istinadla məlumat yayıb.

Chinh bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən elan edilən gömrük rüsumlarının tətbiqi təxirə salınarsa, bu müddət ərzində Vyetnam Amerika tərəfinin qaldırdığı məsələləri nəzərdən keçirəcək və onları səmərəli şəkildə həll etməyə çalışacaq.

“Hanoy ABŞ ilə danışıqlara açıqdır və hər iki ölkənin maraqlarına xidmət edəcək razılaşmanın əldə olunmasına ümid edir,” – deyə Pham Minh Chinh qeyd edib.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrdən idxal olunan məhsullara gömrük rüsumlarının artırıldığını açıqlayıb. Bu qərar çərçivəsində Vyetnamdan gətirilən məhsullara tətbiq edilən rüsumlar 9 aprel tarixindən etibarən 46%-ə qədər yüksələcək.