DÜNYA

01 Aprel

Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı azalıb

Türkiyənin Türkmənistana kimyəvi maddə ixracı 2025-ci ilin fevral ayında, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq 10 milyon 699 min 94 dollar təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.

2025-ci ilin yanvar-fevral aylarında isə Türkiyənin Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 21 milyon 361 min 50 dollara çatıb.

Ümumilikdə, 2025-ci ilin ilk iki ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artaraq 126 milyon 328 min 25 dollar olub.

Nazirliyin məlumatına görə, cari ilin fevral ayında Türkiyə 2 milyon 495 min 6 dollar dəyərində kimyəvi maddə ixrac edib ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır.

Bundan əlavə, son bir il ərzində (fevral 2024 – fevral 2025) Türkiyənin kimyəvi maddə ixracının ümumi dəyəri 30 milyon dollar təşkil edib.