DÜNYA

13 Mart

Avropada qaz ehtiyatları kritiki səviyyəyə yaxınlaşır

Finss.az -  Avropada qaz ehtiyatları narahatlıq doğurur.

Gas Infrastructure Europe-un məlumatlarına əsasən, Avropanın yeraltı qaz anbarlarında (PXA) qaz ehtiyatları 36%-ə düşüb ki, bu da son üç ildəki ən aşağı göstəricidir. Həftə ərzində hava temperaturunun enməsi ilə yanaşı, PXA-ya qazın doldurulması da yavaşlayıb. Avropa İttifaqı ölkələrindən 11 mart tarixində 324 milyon kubmetr qaz çəkilib, ancaq qazın doldurulması yalnız 34 milyon kubmetrə çatıb.

Bu vəziyyət, qaz ehtiyatlarının yüksək sürətlə tükənməsi fonunda iqtisadi narahatlıqları artırır. 2023-2024 istilik mövsümündə qaz istehlakının artması nəticəsində, ümumi qaz həcmi yalnız 40,2 milyard kubmetr olaraq qeyd edilib, bu da martın əvvəlinə qədərki altıncı ən yüksək göstəricidir. Xatırladaq ki, ən problemli illər 2018 və 2022-ci illər olub, çünki bu illərdə anbarlardakı ehtiyatlar kritik səviyyələrə, yəni 18% və 26%-ə qədər düşüb.

Havanın daha soyuq keçməsi ilə bu vəziyyətin daha da gərginləşəcəyi gözlənilir. Aşağı temperatur növbəti həftələrdə də davam edəcək. Bu şəraitdə, sıxılmış təbii qaz (LNG) Avropaya daxil olmaqda davam edir. Mart ayında LNG təchizatı rekord sürətlə artıb. Hal-hazırda, sıxılmış qazın regazifikasiyası və boru kəmərlərinə əlavə edilməsi üzrə infrastruktur maksimum gücün 54%-i ilə işləyir.