DÜNYA

24 Fevral

Hindistan buğda idxalını planlaşdırmır

Finss.az - Hindistan bu il rekord həcmdə – 114 milyon ton buğda istehsal edəcəyini gözləyir.

Bu barədə ölkənin ticarət və sənaye naziri Piyuş Qoyal açıqlamasında bildirib.

Xatırladaq ki, Hindistan 2022-ci ildə anormal istilər səbəbindən istehsalın azalması fonunda buğda ixracını qadağan etmişdi. Ötən il isə hökumət daxili bazarda sabitliyi qorumaq üçün yerli topdansatışçılara təxminən 6 milyon ton buğda satıb.

Dövlət ehtiyatlarının aprelin 1-dək 7,46 milyon tondan çox olacağı gözlənilir. Bu fonda Hindistan hökuməti buğda, düyü və şəkər ixracına qoyulan məhdudiyyətləri qüvvədə saxlayacaq.

Bundan əlavə, Hindistan yaxın zamanda gömrük rüsumu olmadan qarğıdalı idxalına da icazə verməyi planlaşdırmır. Nazir qeyd edib ki, ölkənin fermerləri bu il daha çox qarğıdalı əkəcəklər və tələbat yerli istehsal hesabına ödəniləcək.