DÜNYA

11 Fevral

Avropada təbii qazın qiymətləri artıb, ehtiyatlar tükənir

Finss.az - Avropada təbii qazın qiymətləri artıb, ehtiyatlar tükənir.

Avropada təbii qazın qiymətləri, anbarlardakı ehtiyatların tükənməsi və regionda havanın soyuması nəticəsində ikiillik maksimuma çatıb. 10 fevralda Avropada əsas qaz futuresləri 4,1% artaraq MWh başına 58 avroya yüksəlib. Bu, 2023-cü ilin fevralından bəri ən yüksək qiymət göstəricisidir. Növbəti ay üçün Hollandiya qazı futuresləri isə 2,7% artaraq MWh başına 57,26 avro olub.

Treyderlər yeni qaz təchizatlarının pozulmasından narahatdır. Xüsusilə, temperaturun düşməsi ilə Avropada istilik tələbatının artması gözlənilir. Zəif küləklər isə bərpa olunan enerji istehsalını azaldaraq qaz istehlakını artırıb.

Hazırda Avropadakı qaz ehtiyatları 49% doludur, ötən il isə bu göstərici 67% idi. Bu vəziyyət ehtiyatların daha da tükənməsinə və əlavə təchizat probleminin yaranmasına səbəb ola bilər.

Bu vəziyyət, qaz ehtiyatlarının minimal səviyyələrə enməsi ilə yanaşı, 2022-ci ilin qış mövsümündə yaşanan çətinlikləri təkrarlama riski yaradır.