DÜNYA

03 Fevral

Avrozonada inflyasiya yenidən sürətlənib

Finss.az - Avrozonada istehlak qiymətləri yanvar ayında illik hesabla 2,5% artıb, inflyasiya isə dekabr ayındakı 2,4%-lik artımdan sürətlənib.

Qida və enerji daşıyıcıları nəzərə alınmadan CPI Core indeksi 2,7% yüksəlib. Xidmətlər 3,9%, qida və spirtli içkilərin qiymətləri isə 2,3% artıb. Sənaye məhsulları 0,5%, enerji resursları isə 1,8% bahalaşıb. Yanvar ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3% azalıb.

Yekun məlumatlar 24 fevralda açıqlanacaq.