DÜNYA

03 Fevral

ABŞ-da gəlirlər 0,4%, xərclər 0,7% artıb

Finss.az - ABŞ əhalisinin gəlirləri dekabr ayında 0,4%, xərcləri isə 0,7% artıb.

Analitiklərin proqnozları ilə uyğun olaraq, şəxsi istehlak xərcləri indeksi (PCE) 0,3% artaraq illik 2,6%-ə yüksəlib. PCE Core indeksi isə 0,2% artaraq 2,8%-ə çatıb. Federal Ehtiyat Sistemi inflyasiya risklərini qiymətləndirərkən bu göstəriciləri izləyir.

İstehlakçı xərcləri ABŞ iqtisadiyyatının 70%-ni təşkil edir.