Finss.az - Meta, 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumdan sonra Donald Trampın hesablarını blokladığı üçün açılan məhkəmə iddiasını 25 milyon dollar ödəməklə həll etməyə razılaşıb.
Məsələ ilə yaxından tanış olan şəxslərin bildirdiyinə görə, razılaşmanın 22 milyon dolları Trampın gələcək prezident kitabxanasına, qalan məbləği isə hüquqi haqlar və digər iddiaçılara yönəldiləcək.
Mark Zukerberq Tramp ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Bunun üçün noyabr ayında Floridada şəxsi görüş keçirib.
Görüş zamanı Tramp məhkəmə məsələsini gündəmə gətirib və iki aylıq danışıqlardan sonra razılıq əldə olunub.
Zemfira Ms
Finss.az