Finss.az - 2024-cü ildə Honkonq, Rusiyadan 752 milyon dollar dəyərində almaz idxal edib, bu, ölkə üçün rekord göstəricidir. Rusiyanın tədarükü, Honkonqun almaz bazarının 6,3%-ni təşkil edərək, ilk dəfə ən böyük 5 tədarükçü sırasına daxil olub.
Ümumilikdə, almaz tədarükləri maddi ifadədə 1,6 dəfə artıb, fiziki ölçüdə isə 8,6 milyon karata çatıb. Hindistan ən böyük tədarükçü olaraq qalarkən, digər əhəmiyyətli ixracatçılar - İsrail, Cənubi Afrika və Belçika - satış həcmini azaldıb. Nəticədə, Honkonq ümumilikdə almaz idxalını 12,1 milyard dollara endirib.
Dekabr ayında Honkonq vasitəsilə Çinə qızıl idxalı 84% azalaraq ən aşağı səviyyəyə düşüb.