DÜNYA

28 Yanvar

Çin 2024-cü ildə qızıl ehtiyatlarını rekord səviyyəyə çatdırdı

Finss.az - Çin 2024-cü ildə qızıl ehtiyatlarını 44,17 ton artıraraq ümumi ehtiyatını rekord 2279,57 tona yüksəldib.

Bu barədə məlumatı Çin Qızıl Assosiasiyası (CGA) yayıb. Qızıl ehtiyatları üzrə Çin, dünya miqyasında altıncı yerdə qərarlaşır. Ötən il ölkədə qızıl istehlakı 9,6% azalıb və 985,31 ton təşkil edib. Lakin, daxili və idxal xammalından istehsal olunan qızıl 2,85% artaraq 534,106 ton olub. Çinin ən böyük qızıl istehsalçıları 2024-cü ildə xarici mədənlərdən 71,937 ton qızıl çıxarıb, bu isə keçən illə müqayisədə 19,1% artım nümayiş etdirir.

Ekspertlər, ölkənin qızıl ehtiyatlarının artımını, iqtisadiyyatın sabitləşməsi və beynəlxalq bazarda daha çox qızıl alışı ilə əlaqələndirirlər.