DÜNYA

15 Yanvar

Unun zənginləşdirilməsi Böyük Britaniyada məcburi oldu

Finss.az - Böyük Britaniya parlamenti, buğda ununun fol turşusu ilə zənginləşdirilməsini məcburi edən qanunvericiliyi təsdiqləyib.

Bu addımın hamilə qadınların və ümumilikdə istehlakçıların sağlamlığını yaxşılaşdırması gözlənilir. ABŞ-da 1998-ci ildən tətbiq olunan bu tədbir, Avropada isə hələ də geniş yayılmayıb.

FFI (Qida Məhsullarının Zənginləşdirilməsi İnisiyatvası) bu qərarın qəbul edilməsində əsas rol oynayıb. Təşkilat, hökumət və vətəndaş qrupları ilə əməkdaşlıq edərək, zənginləşdirilmiş unun ictimai səhiyyə nəticələrini yaxşılaşdıracağına dair siyasi dəstək əldə edib.

Böyük Britaniya artıq buğda ununu kalsium, niasin, tiamin və dəmir ilə zənginləşdirir. Yeni qanunla, fol turşusunun əlavə olunması ölkə üzrə bütün istehsalçılar üçün məcburi olacaq.