Finss.az - Dünyanın ən böyük çip istehsalçıları, smartfon və elektrikli avtomobillərə tələbatın azalması səbəbindən investisiyaları ilkin planlarla müqayisədə azaldır.
Yaponiyanın "Nikkei" qəzetinin yazdığına görə, dünyanın 10 aparıcı çip istehsalçısı 2024-cü il üçün investisiya planlarını 2% azaldaraq 123,3 milyard dollara endirib.
Bu azalma, koronavirus pandemiyası dövründə pik həddə yüksələn tələbatın sonra kəskin azalması, həmçinin Çin iqtisadiyyatının artım tempinin yavaşlaması ilə əlaqədardır. Tələbin 2024-cü ildə bərpa olunacağı gözlənilsə də, yalnız süni intellekt sahəsi istisna olmaqla digər sahələr zəif tələbat nümayiş etdirib. Elektromobillər üçün yarımkeçiricilər sahəsində də investisiyalar azalır, çünki Avropa və ABŞ-da onlara olan tələbat düşüb.
Hazırda dünyada çip istehsal gücünün yalnız 70%-i istifadə olunur.