Finss.az - Çin rəsmiləri, sosial media platforması "TikTok"un ABŞ əməliyyatlarına nəzarəti milyarder İlon Maska təhvil verməyi nəzərdən keçirir.
"Bloomberg" xəbər verir ki, Pekin üçün hal-hazırda əsas prioritet "TikTok"un ana şirkəti "ByteDance"ın mülkiyyətində qalmasıdır.
Qeyd olunur ki, "ByteDance" ya "TikTok"u satmalı, ya da yanvarın 19-dək ABŞ-dakı fəaliyyətini dayandırmalıdır.