Finss.az - Rusiya Ukraynada boru kəməri ilə qaz tədarükünü dayandırdıqdan sonra bazarda qaz qıtlığı yaranıb və bu, Avropanı 2026-cı ildə qaz uğrunda mübarizə aparmağa məcbur edə bilər. “Bloomberg”in məlumatına görə, Avropa gələn il qaz ehtiyatları hədəflərini əldən vermə riski ilə üzləşəcək. Avropa hər il daha 10 milyon ton mayeləşdirilmiş təbii qaz idxal etməlidir, bu da 2024-cü ildəkindən 10% çoxdur.
Havaların soyuması vəziyyəti daha da gərginləşdirir. Mövcud vəziyyət nəticəsində Asiya və Cənubi Amerikanın daha kasıb ölkələri bazardan sıxışdırıla bilər. 2025-ci ilin yanvarın 1-də “Qazprom”la tranzit müqaviləsinin müddəti başa çatacağı üçün Ukrayna ərazisi ilə qaz nəqli dayandırılacaq, çünki Kiyev müqaviləni yeniləməkdən imtina edib.