DÜNYA

10 Yanvar

Türkiyənin Misirə polad ixracı 2024-cü ildə 7,4% artıb

Finss.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Misirə polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq, 557 milyon 107 min 61 dollara çatıb. Lakin 2024-cü ilin dekabr ayında Türkiyənin Misirə etdiyi polad ixracı 52 milyon 917 min 68 dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz azalma göstərir.

Ümumilikdə, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 8,7 faiz artaraq 16 milyard 149 milyon 331 min dollar təşkil edib. 2024-cü ilin dekabr ayında isə Türkiyə dünya bazarlarına 1 milyon 446 min 369 dollar məbləğində polad ixrac edib, bu isə 2023-cü ilin dekabrına nisbətən 7,3 faiz çoxdur. 2024-cü ilin son 12 ayında Türkiyə ümumilikdə 16 milyard 149 milyon 331 min dollar dəyərində polad ixrac edib.