DÜNYA

09 Yanvar

Türkiyə 2024-cü ildə ən yüksək zeytun istehsalına çatdı

Finss.az - Dünyanın önəmli zeytun istehsalçılarından biri olan Türkiyə, 2024-cü ildə 3 milyon 750 min tonla Cumhuriyyət tarixinin ən yüksək zeytun istehsalını əldə edib.

Türkiyə Statistika İnstitutunun məlumatlarına görə, zeytun ağacının vətəni sayılan Türkiyədə zeytun istehsalı illər ərzində artmağa davam edir.

Zeytun yetişdiriciliyindəki fəaliyyətlərlə 2001-ci ildə 99 min olan zeytun ağaclarının sayı, ötən il 201 min 770-ə çatıb. Ağac sayındakı ikiqat artış, istehsala da müsbət təsir göstərib. 2001-ci ildə 600 min ton olan zeytun istehsalı, 2023-cü ildə 1 milyon 520 min tona yüksəlib.

Dünyada zeytun və zeytinyağında əhəmiyyətli yer tutan Türkiyənin, keçən il zeytun istehsalı, əvvəlki ilə nisbətən təxminən 150% artaraq 3 milyon 750 min tona çatıb. Bu məbləğlə zeytun istehsalı Cumhuriyyət tarixinin ən yüksək səviyyəsinə çatıb.

"Son 20 ildə ağac sayımız 100% artıb"

Milli Zeytun və Zeytinyağı Şurasının sədri Mustafa Tan, zeytinin Anadolu'dan dünyaya yayıldığını bildirib. O, Türkiyənin zeytun istehsalında layiq olduğu səviyyəyə çatması gərəkdiyini vurğulayaraq, "Biz, yenidən liderlik mövqeyimizə doğru planlı və proqramlı işlər aparırıq. Son 20 ildə 100 milyon olan ağac sayımızı iki qat artıraraq 200 milyona çıxardıq. Son 20 ildə ağac sayımız 100% artdı. Hamımız bir yerdə dünya ikinciliyi hədəfi qoyduq və zeytun əkmək 41 şəhərə yayıldı. İki il əvvəl istehsal rekordunu qırdıq, yeməklik zeytunda dünya birinciliyi və zeytinyağında isə İspaniyadan sonra dünya ikinciliyi əldə etdik," – deyə bildirib.

"İstehsalın 2 milyon 800 min tonu yağa çevrildi"

Tan, məhsuldarlığın gözlənildiyi kimi olduğunu qeyd edərək, belə deyib: "İstehsalın 2 milyon 800 min tonu yağa çevrildi. Bu il zeytinin yağan yağmurlar səbəbilə əvvəlcə kiçildiyi, sonra isə hər 2-3 gündə bir yağan yağmurlar nəticəsində zeytinin nisbətən böyüdüyü müşahidə edilib. Ağac sayısının artması səbəbindən ağac başına məhsuldarlıq çox yüksəlməsə də, istehsalda rekord əldə edilib. Ağac başına məhsuldarlıq 40 kq-a çatarsa, o zaman 8 milyon ton istehsal əldə edərik. Bu halda zeytinyağında da liderlik üçün İspaniyanın yanına yaxınlaşarız. Gələcək illərdə bu mümkün ola bilər."

"Türkiyə, qiymət təyin etmədə də söz sahibi olmalıdır"

Bu il dünya üzrə zeytinyağı qiymətlərinin demək olar ki, yarıbayarı azaldığını vurğulayan Tan, sözlərinə belə davam edib: "Türkiyənin zeytinyağı çox dəyərlidir. İspaniya və İtaliya qiymətlərinə uyğun olaraq malımızı ucuz satmaq olar, amma biz bunu istəmirik. Türkiyə istehsalda söz sahibi olarkən, qiymət təyin etmədə də söz sahibi olmalıdır. Anadolu bu işin vətənidir. Zeytin və zeytinyağı ticarətində də milli mövqe sərgilənməlidir. Yəni, biz ucuz zeytinyağını xarici ölkələrə satacağımıza, hamımız bir yerdə qiymətləri endirib, xalqımıza yedirməyi daha yaxşı hesab edirik. Bizim fikrimizcə, bu il Türkiyədə zeytinyağı daxili və xarici istehlakı artacaq. Çünki keçən ilə nisbətən zeytinyağı daha ucuzdur."