DÜNYA

09 Yanvar

Almaniyanın ticarət saldosu artıb

Finss.az - Almaniyanın Ticarət Saldosu oktyabr ayı ilə müqayisədə noyabr ayında 13.4 milyard avrodan 19.7 milyard avroya qədər artıb.

Ekspertlər göstəricinin sadəcə 14.7 milyard avroya qədər artacağını ehtimal edirdilər. Ölkəyə idxal 3.3% azalıb, ixrac isə 2.1% artıb. Almaniyanın Sənaye Sektorunda İstehsal Həcmi oktyabr ayı ilə müqayisədə noyabrda aylıq ifadədə 1.5% artıb. Bu, avqust ayından bu yana ən böyük artım tempidir. İllik ifadədə göstərici 2.85% azalıb.

Göstəricilərin dərc olunması fonunda EURGBP valyuta cütlüyü 0.8369 səviyyəsindən 0.8387 səviyyəsinə qədər bahalaşıb.