DÜNYA

08 Yanvar

Fransa hökuməti Donald Trampın bəyanatına qarşı çıxıb

Finss.az - Fransa hökuməti, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın onların nəzarətində olması ilə bağlı bəyanatına qarşı çıxaraq Avropa İttifaqının (Aİ) suveren sərhədlərinə hücumlara icazə verilməyəcəyini bildirib. 

Fransa xarici işlər naziri Jan-Noel Barro qatıldığı bir radio yayımında Trampın ölkəsi və Danimarkanın üzvü olduğu Aİ-nin suveren sərhədlərini əhatə edən bəyanatına dair qiymətləndirmələr edib. Açıqlamaların qəbuledilməz olduğunu bildirən Barro "Aİ-nin dünyadakı digər millətlərin, hansı ölkə olursa olsun, onun suveren sərhədlərinə hücumuna icazə verməsi mümkün deyil" deyə vurğulayıb. 

ABŞ-da vəzifəyə hazırlaşan Donald Tramp 23 dekabrda “Truth Social” hesabında paylaşım edərək Qrenlandiyanın ABŞ-ın nəzarətində olması ilə bağlı fikrini bir daha təkrarlayıb və adanın mülkiyyəti və nəzarətinə sahib olmağın mütləq zərurət olduğunu müdafiə edib. 

Qrenlandiya Baş naziri Mute Bourup Eqede isə Qrenlandiyanın satılmadığını vurğulayaraq azadlıq mübarizələrini davam etdirəcəklərini bildirib.